Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri Hulusi Akar, Mehmet Muş, Feyzi Berdibek və Kayseri Böyükşəhər Bələdiyyəsinin sədri Memduh Büyükkılıçı ölkəmizdə qarşılamaqdan məmnun olduq.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.
"Dost ölkədən olan nümayəndə heyəti ilə Azərbaycan - Türkiyə birliyinin davamlı olaraq gücləndiyini vurğulayaraq xoş təəssüratlarımızı bölüşdük. Birgə layihələrin perspektivlərini və iqtisadi tərəfdaşlığın prioritet istiqamətlərini nəzərdən keçirdik", - nazir bildirib.
Fuad Mədətov
Finss.az


