İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı, eləcə də qarşılaşdıqları çətinliklərin aradan qaldırılması istiqamətində təkliflərinin öyrənilməsi məqsədilə görüşləri davam etdirir.
Finss.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi tərəfindən təşkil edilmiş növbəti belə görüş “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə keçirilib.
Görüşdə akvakultura və balıq emalı sahəsindəki çətinliklər müzakirə edilib, sahənin inkişafı və idxaldan asılılığın azaldılması istiqamətində dövlət dəstəyi mexanizmləri barədə təkliflər səsləndirilib.
Dövlət-biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davamlı olacağı iştirakçıların diqqətinə çatdırılıb.
Fuad Mədətov
Finss.az