Avropanın aerokosmik korporasiyası Airbus SE 2024-cü ilin dördüncü rübündə xalis mənfəətini 1,7 dəfə, gəlirini 8% artırıb.
Finss.az xəbər verir ki, oktyabr-dekabr aylarında şirkətin xalis mənfəəti bir il əvvəlki 1,46 milyard avro ilə müqayisədə 2,42 milyard avro təşkil edib. Əsas fəaliyyət göstəricisi olan düzəliş edilmiş EBIT 16% artaraq 2,56 milyard avroya çatıb.
Airbus-un rüblük gəliri bir il əvvəlki 22,89 milyard avrodan 24,72 milyard avroya yüksəlib.
Mütəxəssislərin şirkətin özünün təqdim etdiyi konsensus proqnozu, Airbus-ın xalis mənfəətinin 2,1 milyard avro, düzəliş edilmiş EBIT - 2,6 milyard avro, gəlirin - 24,68 milyard avro olacağını güman edirdi.