BİZNES

20 Fevral

Lenovo 3-cü rübdə xalis mənfəətini iki dəfədən çox artırdı

Dünyanın ən böyük fərdi kompüter istehsalçısı olan Çinin Lenovo Group Ltd şirkəti üçüncü maliyyə rübündə keçən ilin eyni dövrü ilə müqayisədə xalis mənfəətini iki dəfədən çox artırıb.

Finss.az xəbər verir ki, hesabata görə, 2024-cü ilin oktyabr-dekabr aylarında xalis mənfəət bir il əvvəlki 337 milyon dollardan 692,7 milyon dollara yüksəlib. Bu rəqəmə 282 milyon dollar vergi krediti daxildir.

Vergidən əvvəlki mənfəət 10% artaraq 517 milyon dollara çatıb.

Gəlir 20% artaraq 18,8 milyard dollara çatıb.