BİZNES

21 Fevral

İşğaldan azad olunmuş ərazilərdə 100 min sahibkarlıq subyekti qeydə alınıb

2025-ci ilin 1 yanvar tarixinə işğaldan azad olunmuş ərazilərdə 100,039 sahibkarlıq subyekti qeydə alınıb.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artım təşkil edir. İqtisadi rayonlar üzrə məlumatlar belədir:

Qarabağ iqtisadi rayonu:

  • Mikro sahibkarlıq subyektləri: 3,984 (artım 7,3 faiz)
  • Kiçik sahibkarlıq subyektləri: 197 (artım 8,24 faiz)
  • Orta sahibkarlıq subyektləri: 87 (artım 22,5 faiz)
  • İri sahibkarlıq subyektləri: 11 (artım 83 faiz)
  • Fərdi sahibkarlar: 88,505 (artım 5 faiz)

Şərqi Zəngəzur iqtisadi rayonu:

  • Mikro sahibkarlıq subyektləri: 882 (artım 22 faiz)
  • Kiçik sahibkarlıq subyektləri: 51 (artım 15,9 faiz)
  • Orta sahibkarlıq subyektləri: 23 (artım 2,3 dəfə)
  • İri sahibkarlıq subyektləri: 5 (artım 5 dəfə)
  • Fərdi sahibkarlar: 6,294 (artım 28,5 faiz)

Fuad Mədətov
Finss.az