BİZNES

19 Fevral

Avropa Komissiyası Amerika korporasiyalarından yüz milyonlarla avro yığmağa qərar verib

Aİ Amazondan bir neçə yüz milyon avro toplamaq niyyətindədir. Söhbət Amerika şirkətinin Lüksemburqda ödənilməmiş vergilərə görə borcundan gedir. Bundan əvvəl İrlandiyada analoji pozuntulara görə Apple-a 13 milyard avroluq "hesab" təqdim edilmişdi. Nəşrin iddiasına görə, McDonald's Corporation bu siyahıda növbəti yer ola bilər.

Finss.az xəbər verir ki, beləliklə, Amerika korporasiyası transmilli şirkətlər tərəfindən istifadə edilən vergi boşluqlarına qarşı mübarizədə Aİ-nin Rəqabət üzrə Komissarı Marqret Vestagerin ən son “skalpı” olacaq.
Təhlükədə şirkətlərin əlverişli yurisdiksiyalara sığınaraq ödəyə bilmədiyi milyardlarla avro vergi rüsumları var. Bloomberg-dəki mənbə yaxın vaxtlarda əlavə 500 milyon dollar vergi ödəməli olacaq McDonald's ilə bağlı oxşar qərarların verilə biləcəyini bildirib.