Panama kanalının genişləndirilməsinə qoyulan 5,4 milyard dollarlıq sərmayə öz bəhrəsini verməyə başlayıb. Süveyş kanalı əvəzinə bu marşrutla ABŞ-a mal axını xeyli artıb. Nəşr xatırladır ki, Panama kanalı 2016-cı ilin iyununda fəaliyyətini bərpa edib.
Finss.az xəbər verir ki, qenişlənmə sayəsində onun gücü iki dəfədən çox artıb. Hazırda kanal 14,8 min konteyner saxlaya bilən New Panamax gəmilərini idarə etmək iqtidarındadır. Bu, əvvəlkindən üç dəfə çoxdur.
Oktyabrın əvvəlində 2000-ci Yeni Panamax konteyner gəmisi Panama kanalından keçdi. 2017-ci ilin əvvəlindən kanaldan keçən gəmilərin ümumi tonajı 2016-cı ilin eyni dövrü ilə müqayisədə təxminən dörddə bir artıb.