BİZNES

19 Fevral

Brent markalı neftin bir barreli 75,52 dollara satılır

Neft qiymətləri ticarət sessiyasında əvvəllər əldə edilən maksimumlardan geri çəkilsə də, müsbət ərazidə qalır. İnvestorlar Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar və OPEC+ hasilatının artırılmasının başlanmasının mümkün təxirə salınması ilə bağlı məlumatlar fonunda neft tədarükü perspektivlərini qiymətləndirirlər.

Finss.az xəbər verir ki, Moskva vaxtı ilə saat 18:02-də Londonun ICE Futures birjasında Brent markalı aprel fyuçerslərinin qiyməti 0,3 dollar (0,4%) bahalaşaraq 75,52 dollar/barelə çatıb. Sessiya zamanı bu kontraktların qiyməti bir barel üçün 76 dollardan yuxarı qalxıb.

Bu vaxta qədər WTI markalı neftin mart fyuçersləri NYMEX birjasında 0,83 dollar (1,17%) bahalaşaraq 71,55 dollar/barelə yüksəlmişdi. Fevralın 17-də NYMEX-də əsas hərraclar bayram (Prezidentlər Günü) ilə əlaqədar keçirilməyib.

OPEC+ ölkələrinin neft hasilatının artırılması ilə bağlı apreldə planlaşdırılan başlanğıcını daha sonrakı tarixə təxirə salmağı düşündüyünə dair mətbuatda yayılan xəbərlər fonunda qiymətlər müəyyən dəstək alır.