2025-ci ilin yanvar ayı üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 547,8 milyon manat təşkil edib ki, onun da 518,7 milyon manatı heyvandarlıq, 29,1 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Finss.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,3 faiz, bitkiçilik məhsulları üzrə 20,8 faiz artıb.
Fuad Mədətov
Finss.az