Gürcüstan 2024-cü ildə 1,67 milyon litr benzin və dizel yanacağı idxal edib ki, bu da 2023-cü illə müqayisədə 8,2% çoxdur.
Finss.az xəbər verir ki, idxalın ümumi dəyəri təxminən 1 milyard dollar təşkil edib.
Rusiyadan yanacaq idxalının payı nəzərəçarpacaq dərəcədə azalıb, Avropa yanacağının payı isə artıb. Belə ki, ötən il tədarükün ümumi həcminin 54%-i Rusiyanın payına düşüb, 2023-cü ildə bu göstərici 62,5%-dir. Bolqarıstanın payı 16,7% (2023-cü ildə 9,4%), Rumıniyanın payı 14,7% (15,3%) olub.