BİZNES

11 Fevral

“McDonald's” dördüncü rübdə gəlirini azalıb

Finss.az - Dünyanın ən böyük “fast-food” şəbəkəsi olan “McDonald's Corp.”-un dördüncü rübdə xalis mənfəəti 1.1%, gəliri isə 0.3% azalıb.

Şirkətin maliyyə hesabatlarına əsasən, 2024-cü ilin oktyabr-dekabr aylarında xalis mənfəəti əvvəlki ilin eyni dövründəki 2.039 milyard dollara qarşı 2.017 milyard dollar təşkil edib. Səhm üzrə mənfəət dəyişməyərək 2.8$ səviyyəsində qalıb.

Birdəfəlik faktorlar nəzərə alınmadan səhm üzrə mənfəət 2.95$-dan 2.83$-a qədər enib.

Gəlir bir il əvvəlki 6.406 milyard dollardan 6.388 milyard dollara qədər azalıb.

“McDonald's” qlobal müqayisəli satışları (bir ildən çox fəaliyyət göstərən restoranlar) son rübdə 0.4% artıb (ekspertlər 1.1% azalma proqnozlaşdırmışdılar). Eyni zamanda, ABŞ-da bu rəqəm 1.4% azalıb ki, bu da, səhmlərin orta məbləğinin azalması ilə əlaqədardır.

2024-cü ilin tam ili üçün qlobal müqayisəli satışlar 0.1% azalıb, ABŞ-da isə 0.2% artıb.

Hazırda, beynəlxalq birjalarda şirkətin səhmləri 294$ səviyyəsində ticarət olunur.

Qeyd etmək lazımdır ki, son bir ay ərzində qiymətli kağızlar 276$-dan 296$-a qədər artım göstəriblər.