BİZNES

10 Fevral

İtaliyanın BPER Banca bankı Banca Popolare di Sondrio almağı təklif edir

İtaliyanın BPER Banca bankı Banca Popolare di Sondrio-nun bütün səhmlərini təxminən 4,3 milyard avroya almaq üçün açıq təklif edib.

Finss.az xəbər verir ki, BPER Banca Popolare di Sondrio səhmlərinin hər biri üçün öz səhmlərinin 1,45-ni təklif edir, təklifi verən şəxs bildirib. Təklifin təqdim edilməsindən bir gün əvvəl (5 fevral) bağlanış qiymətinə əsasən, Banca Popolare di Sondrio-nun bir səhmi 9,527 avro dəyərində qiymətləndirilir.

BPER ilin ikinci yarısında sövdələşməni bağlamağı və bu ilin sonuna qədər rəqibi tam inteqrasiya etməyi gözləyir. Onun proqnozlarına görə, 2027-ci ildə birləşmiş bankın xalis mənfəəti 2 milyard avronu keçəcək.

Banka yaxın mənbə The Wall Street Journal-a bildirib ki, təklif təsdiqlənməyib və Banca Popolare di Sondrio-nun direktorlar şurası yaxın günlərdə bunu qiymətləndirəcək.

BPER 5 milyondan çox müştəriyə xidmət göstərir, şəbəkəsi 1,5 mindən çox filialı əhatə edir və işçi heyəti 20 min nəfərə yaxındır.

Banca Popolare di Sondrio 900 mindən çox müştəriyə xidmət göstərir və 400-ə yaxın filialına malikdir. Onun şəxsi heyətinin sayı 4 min nəfərə yaxınlaşır.

Banca Popolare di Sondrio-nun səhmləri cümə günü ticarətdə 6% artaraq hər səhm üçün 9,83 avroya çatıb. BPER səhmləri 7,1% ucuzlaşıb.