Finss.az - Colgate-Palmolive, 2024-cü ilin dördüncü rübündə xalis mənfəətini 3% artıraraq $739 milyon, hər səhmdə isə $0,9 əldə edib.
Lakin gəliri cüzi şəkildə azalarak $4,95 milyarda enib, bu isə analitiklərin gözləntisindən aşağıdır. Şirkət məhsul qiymətlərini 1,8% artırıb, satış həcmi isə 2,5% yüksəlib.
2024-cü ildə Colgate-Palmolive-nin xalis mənfəəti 26% artaraq $2,89 milyard olub. 2025-ci il üçün gəlirin sabit qalacağı və üzvi satış artımının 3-5% arasında olacağı gözlənilir.