Finss.az - ABŞ-nın ən böyük neft və qaz şirkəti Exxon Mobil, 2024-cü ilin dördüncü rübündə xalis mənfəətində azalma yaşayıb, lakin düzəldilmiş mənfəət bazar analitiklərinin gözləntilərini aşaraq müsbət nəticə göstərib.
Şirkətin açıqladığı rəsmi məlumatlara görə, oktyabr-dekabr aylarında xalis mənfəət $7,61 milyard, yəni səhmdar başına $1,72 olub. Bu rəqəm keçən ilin eyni dövründə $7,63 milyard və səhmdar başına $1,91 idi.
Düzəldilmiş mənfəət isə səhmdar başına $1,67 təşkil edib, bu da analitiklərin proqnozlarından yüksək olub.
Exxon Mobilin gəliri $83,426 milyard olub, bir il öncə isə bu rəqəm $84,344 milyard idi. Analitiklər, şirkətin gəlirinin $86,33 milyard olmasını gözləyirdilər.
Karbohidrogen hasilatında isə artım yaşanıb. Şirkət, gündəlik 4,602 milyon barel neft ekvivalentinə çatıb, bu da 2023-cü ilin eyni dövründə 4,582 milyon bneq/s idi.
Exxon’un sərbəst pul axını 2024-cü ilin dördüncü rübündə $8 milyard təşkil edib. Kapital xərcləri isə $7,51 milyard olub, ümumilikdə 2024-cü il ərzində kapital xərcləri $27,55 milyard səviyyəsində qalıb.
Şirkət 2024-cü il ərzində səhmdarlarına $36 milyard geri ödəyib, bunun $16,7 milyardı dividend, $19,3 milyardı isə öz səhmlərinin geri alınması yolu ilə olub.
Exxon Mobil-in səhmləri, cümə günü ilkin ticarət zamanı 0,2% artım göstərib.