BİZNES

03 Fevral

Bosch-n gəlirləri azalıb

Finss.az - Almaniyanın mühəndislik nəhəngi Robert Bosch GmbH 2024-cü ildə gəlirinin 1,2 milyard avro azalaraq 90,5 milyard avroya düşdüyünü açıqlayıb.

Avropada gəlir 5%, Almaniyada isə 6% azalıb. Yeganə artım Asiya-Sakit Okean regionunda qeydə alınıb (+1%).

Şirkət iqtisadi zəiflik səbəbindən 2025-ci ildə mülayim artım gözləyir. Maliyyə direktoru Markus Forşner rəqabət qabiliyyətini artırmaq üçün qənaət və investisiyalara önəm veriləcəyini bildirib. Bosch avtomobil sektorunda çətinliklər səbəbilə 5,55 min iş yerini ixtisar etməyi planlaşdırır.

2024-cü ilin sonunda şirkətin əməkdaş sayı 417,9 min nəfər olub.