Finss.az - Ötən il Azərbaycanda 887,2 min ton üzvi kimyəvi maddələr istehsal edilib.
Dövlət Statistika Komitəsin məlumatına görə, bu, 2023-cü ildəki göstəriciyə nisbətən 8,6% və ya 84 min ton azdır. 2025-ci ilin yanvarın 1-nə ölkədə hazır məhsul istehsalı 36,2 min ton təşkil edib.
Eyni zamanda 2024-cü il ərzində Azərbaycanda qeyri-üzvi kimyəvi maddələrin istehsalı isə 32 360 ton təşkil edib ki, bu da 2023-cü ildəki göstəricini 21,3% və ya 5 680 ton üstələyir.
Bu ilin yanvarın 1-nə hazır məhsul ehtiyatı 7 750 ton təşkil edib.