BİZNES

29 Yanvar

Tele2 AB 2024-cü ilin IV rübündə mənfəətini artırdı

Finss.az - İsveçin məşhur telekommunikasiya şirkəti Tele2 AB, 2024-cü ilin IV rübü ilə bağlı maliyyə hesabatını açıqlayıb.

Şirkət, təmiz mənfəətinin və gəlirinin artdığını bildirərək, rentabelliyi artırmaq məqsədilə təşkilatın strukturunun sadələşdirilməsi və xərc azaldılması istiqamətində çevrilmələrə başladığını açıqlayıb.

Şirkətin oktyabr-dekabr dövründə təmiz mənfəəti 1 milyard kron (təxminən 91,9 milyon ABŞ dolları) olub. Bu göstərici, keçən ilin eyni dövrü ilə müqayisədə 7% artmışdır. Eyni zamanda, bu rəqəm analitiklərin proqnozları ilə tam uyğun gəlir.

Vergilərdən, faizlərdən və amortizasiya xərclərindən əvvəlki mənfəət (EBITDAal), 1% artaraq 2,7 milyard krona çatıb. Bu göstərici, şirkətin rentabellik üçün daha çox diqqət yetirdiyi bir parametr olaraq önə çıxır.

Şirkətin ümumi gəliri keçən ilin IV rübü ilə müqayisədə kiçik bir artım göstərərək 7,8 milyard krona yüksəlib.

Bununla yanaşı, Tele2 dividend ödəmələrini azaldıb. Dividendlər hər bir adi səhmdar üçün 6,35 krona endirilib, bu da əvvəlki il ilə müqayisədə 0,55 kron azalma deməkdir.

Şirkət, 2025-ci ildə xidmətlər üzrə gəlirin 1-3% arasında artmasını gözləyir. Ayrıca, EBITDAal göstəricisinin 4-9% arasında artacağı proqnozlaşdırılır.

Tele2, rentabelliyi daha da artırmaq üçün sərt bir xərcləri azaltma və təşkilatın strukturunu sadələşdirmə planları həyata keçirəcəyini bildirib. Bu çərçivədə şirkət, növbəti 12 ay ərzində işçi heyətinin 15%-ni ixtisar etməyi planlaşdırır.