Finss.az - 11, 14 və 18 fevral tarixlərində keçiriləcək hərraclarda iştirakçılara avtomobillər, avadanlıqlar və texnikalara sahib olmaq imkanı yaradılıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 11 fevral tarixində keçiriləcək hərraca buraxılış tarixləri 2003-2014-cü illəri əhatə edən 72 nəqliyyat vasitəsi çıxarılıb.
14 fevral tarixində keçiriləcək hərraca "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan 79 avadanlıq çıxarılıb.
18 fevral tarixində keçiriləcək hərraca 68 nəqliyyat vasitəsi, texnikalar və avadanlıqlar çıxarılıb.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə //clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.
Zemfira Ms
Finss.az