Finss.az - Almaniyanın ən böyük müəssisə idarəetmə proqram təminatı istehsalçısı olan SAP SE, 2024-cü ilin dördüncü rübündə gəlirlərini 11% artıraraq 9,377 milyard avroya çatdırıb.
Keçən ilin eyni dövründə bu rəqəm 8,468 milyard avro idi. Şirkətin "bulud" biznesinin gəlirləri 27% artaraq 4,708 milyard avro olub. Lakin, proqram təminatının lisenziyalarının və istifadəçi dəstəyi xidmətlərinin satışından gəlirlər 3% azalarak 3,559 milyard avro təşkil edib.
SAP-nin əməliyyat gəliri 6% artaraq 2,016 milyard avroya yüksəlib, düzəldilmiş əməliyyat gəliri isə 24% artıb və 2,436 milyard avro olub. Davamedici əməliyyatlardan gəlir 1,616 milyard avroya və səhmdar başına 1,37 avroya çatıb.
Şirkət 2025-ci il üçün proqnozunu yaxşılaşdırıb. Artıq SAP, valyuta dəyişiklikləri nəzərə alınmadan düzəldilmiş əməliyyat gəlirinin 10,3-10,6 milyard avro arasında olacağını, "bulud" biznesinin gəlirinin isə 21,6-21,9 milyard avro olacağını gözləyir. Əvvəlki proqnoz 10 milyard avro və 21,5 milyard avrodan çox idi.