Finss.az - Çinin böyük yaşayış sahəsi tikintisi şirkəti China Vanke Co., 2024-cü il üçün 45 milyard yuan (6,2 milyard dollar) məbləğində zərər elan edib.
Bu, şirkətin 1991-ci ildən sonra ilk illik zərəridir və daşınmaz əmlak bazarındakı böhranı əks etdirir. İlkin məlumatlara görə, ötən ilin ilk 9 ayında China Vanke 17,9 milyard yuan zərər qeyd edib. İlin son rübündə isə şirkətin göstəriciləri əhəmiyyətli dərəcədə pisləşib, halbuki Çin hökuməti əmlak bazarını stimullaşdırmaq üçün geniş tədbirlər tətbiq edib.
Şirkətin direktorlar şurasının sədri Yu Lyang "işgüzar düzəlişlər" səbəbindən vəzifəsindən gedir. Lakin o, direktorlar şurasında qalacaq. Onun yerinə Shenzhen Metro Group-un rəhbəri Sin Cze təyin ediləcək.
Eyni zamanda, China Vanke-nin baş icraçı direktoru Çu Cüşen də tibbi səbəblərdən istefa edib.
Bir çox Çinli tikinti şirkətinin böhranla üzləşdiyi və defolt elan etdiyi bir dövrdə China Vanke-nin qarşısında böyük borc ödənişləri və azalan mənzil satışları ilə bağlı çətinliklər mövcuddur.
Son 12 ayda şirkətin kapitalizasiyası 28% azalıb, bu da Çin daşınmaz əmlak bazarındakı tənəzzülün dərinləşdiyini göstərir.