Finss.az - Amazon şirkətinin bulud hesablama xidməti olan Amazon Web Services (AWS) Hindistanda öz infrastrukturunu genişləndirmək üçün 8,3 milyard dollarlıq yeni investisiya qoyduğunu elan edib.
Bu investisiya Maharaştra ştatında yerləşən AWS Asiya-Sakit Okean (Mumbay) regionunu əhatə edir.
Bu addım ölkədə bulud hesablama imkanlarını artırmaq və müştərilərin artan tələbatını qarşılamaq məqsədi daşıyır. Eyni zamanda, Hindistan iqtisadiyyatına əhəmiyyətli təsir edəcəyi gözlənilir. 2030-cu ilə qədər bu investisiyaların ümumi daxili məhsula (ÜDM) 15,3 milyard dollar töhfə verməsi proqnozlaşdırılır. Həmçinin, bu məbləğin məlumat mərkəzlərinin yerli təchizat zəncirində 81 300-dən çox tam ştatlı iş yerini illik dəstəkləyəcəyi bildirilib.
Bu investisiya AWS-in Hindistanda bulud infrastrukturunu gücləndirməyə istiqamətlənməsinin bir hissəsidir. Şirəkət 2030-cu ilə qədər ölkəyə ümumilikdə 12,7 milyard dollar investisiya qoymağı planlaşdırır.
AWS-in bu genişlənməsi Hindistanda startaplardan iri şirkətlərə və dövlət qurumlarına qədər geniş müştəri bazasına daha səmərəli xıdmət göstərməyə imkan yaradacaq. Bulud infrastrukturunun artırılması, AWS-in daha etibarlı və miqyaslana bilən xidmətlər təklif etməsini, Hindistandaki müştərilərin bizneslərini inkiaf etdirmək üçün daha effektiv innovasiyalar əlavə etməsini təmin edəcək.
Bu investisiya eyni zamanda məlumat analitikasi, sünüi intellekt və maşın öyrənməsi kimi sahələrdə tərəqqiyə təkan verəcək və Hindistan iqtisadiyyatının rəqəmsal transformasiyası üçün təməl yaradacaq.
AWS-in bu açıqlaması Hindistanın bulud texnologiyaları sahəsində inkiafını həyata keçirmək üçün hökumətin texnoloji artımı dəstəkləyən siyasətləri fonunda verilib.