Finss.az - 2024-cü il ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 9107 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib ki, bu da bir il öncəki göstəricini 40,6 faiz üstələyir.
Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına görə, il ərzində aqrar sektorda fəaliyyət göstərən 4105 fiziki və hüquqi şəxsə 75,4 milyon manat məbləğində güzəştli kredit verilib. 2023-ci ilin göstəricilərinə nisbətdə güzəştli kredit alanların sayı 3,6 faiz, kredit məbləği isə 2,3 faiz artıb.
Verilən kreditlərin 50,6 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 4 milyon manatı güzəştli kreditlər, 20,8 milyon manatı isə mikrokreditlərdir.