BİZNES

22 Yanvar

“Apple” dünyanın ən dəyərli brendi seçilib

Finss.az - “Apple”, “Microsoft” və “Google” şirkətləri “Brand Finance”-ın versiyasına görə dünyanın 500 ən dəyərli brendinin reytinqinə növbəti dəfə başçılıq ediblər.

Konsaltinq təşkilatının araşdırmasında qeyd olunub ki, “Apple” brendi 2024-cü ildə dəyərini 11% artıraraq 574.5 milyard dollara çatdırıb və reytinqdə birinci yeri tutub. “Microsoft” və “Google” brendlərinin dəyəri müvafiq olaraq 35% (461.1 milyard dollar) və 24% (413 milyard dollara qədər) artıb.

“Amazon” brendinin dəyəri 15% artaraq 356.4 milyard dollara qədər yüksələrək siyahıda dördüncü yerdə qərarlaşıb. “Walmart” brendi altıncı yerdən beşinci yerə yüksəlib, dəyəri 42% artaraq 137.2 milyard dollara çatıb.

Cənubi Koreyanın “Samsung” brendi 110.6 milyard dollar, “TikTok” 105.8 milyard dollar, “Facebook” isə 91.5 milyard dollar dəyərində qiymətləndirilib. “Nvidia” brendi 87.9 milyard dollar dəyərində qiymətləndirilib və dəyəri bir il ərzində demək olar ki, iki dəfə artıb. Onuncu yeri 85.6 milyard dollar dəyərində Çin brendi “State Grid Corporation of China” tutub.

“Brand Finance”-in hesabatına görə, dünyanın ən qiymətli 500 brendinin 52.9%-i ABŞ-ın payına düşür. Çin brendləri 15%, alman brendləri isə 5.8% təşkil edib.