Finss.az - “Saudi Aramco”-nun baş direktoru Amin Nasser bildirib ki, Rusiyanın neft sektoruna qarşı tətbiq olunan sanksiyalar təklifin həcmini daha da məhdudlaşdırır, Çin isə hələ də qlobal neft tələbinin artımını dəstəkləyir.
"Biz hələ də Çindən yaxşı tələb görürük", - Nasser qeyd edib. Onun sözlərinə görə, qlobal neft tələbat artımının 40%-i Çin və Hindistanın payına düşür və "tələb ildən-ilə artır".
Onun şərhlərində, iqtisadiyyatı dirçəltməyə yönəlmiş bir sıra hökümət stimullaşdırıcı tədbirlərindən sonra Çin haqqında nikbin olduğunu söyləyərək, oktyabr ayında dediklərini təkrarladı. Lakin, bu cür nikbinlik, ölkənin ən böyük enerji istehsalçısı Çin Milli Neft Korporasiyasının (CNPC) proqnozlaşdırdığı yavaşlama əlamətləri ilə ziddiyyət təşkil edir. Proqnozlara əsasən, 2025-ci ildən sonra elektrikli nəqliyyat vasitələrinə keçid sürət qazandığından neftə olan tələb artmını dayandıra bilər.
ABŞ-ın Rusiya neft sektoruna qarşı son sanksiyalarını şərh edən “Saudi Aramco” rəhbəri qeyd edib ki, onlar artıq neft tədarükünü daha da məhdudlaşdırmağa başlayıblar. Nasser hesab edir ki, 2025-ci ildə neftə tələb sutkada 1.3 milyon barrel artaraq 106 milyon barrelə çatacaq və bu, cari il bazarı "sağlam" və balanslı edəcək.
Beynəlxalq birjalarda “Brent” markalı neftin bir barrel üçün qiyməti 80$ həddinin altına enib. “Qara qızıl”-ın qiyməti ha-hazırda 79.45$ təşkil edir.