BİZNES

22 Yanvar

Nazirliyin idxal, ixrac və tranzit üzrə icazə sayı açıqlanıb

Finss.az - 2024-cü il ərzində Energetika Nazirliyi tərəfindən ümumilikdə 194 icazə verilib.

“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı üzrə 13, idxalı üzrə 142 və tranziti üzrə 32 icazə verilib.

İl ərzində, həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə 2, ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə ilə bağlı 1, elektrik enerjisinin istehsalına 3, ixracına isə 1 icazə verilib.

Hesabat dövründə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Zemfira Ms
Finss.az