BİZNES

21 Yanvar

Aqro:Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb: Yarmarkaların iqtisadi təsirləri

Azərbaycanda 2024-cü ilin dekabr ayında əvvəlki ayla müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 100,3 faiz təşkil edib.

Bu barədə Fins.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici bitkiçilik məhsulları üzrə 99,9 faiz, heyvandarlıq məhsulları üzrə 100,8 faiz təşkil edib.

2024-cü ilin dekabr ayında əvvəlki ayla müqayisədə meşə təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 99,3 faiz, balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymət indeksi isə 101,6 faizə bərabər olub.

* * *

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə mart ayından etibarən hər həftə sonu “KOB bazar” adlı satış yarmarkası keçiriləcək.

Fins.az KOBİA-ya istinadən xəbər verir ki, yarmarkanın təşkilində məqsəd mikro və kiçik sahibkarların istehsal etdikləri məhsulların satışına dəstək olmaqdır.

“KOB bazar”da kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək. “KOB bazar” Binəqədi rayonu, Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində fəaliyyət göstərəcək.

“KOB bazar”da məhsullarını satmaq istəyən mikro və kiçik sahibkarlar 17 fevral 2025-ci tarixinədək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: (//smb.gov.az/az/contact-form/exhibition-form/1). Telefon: (+99412) 4040401, daxili 253.

“KOB bazar”da iştirak etmək istəyən mikro və kiçik sahibkarlar üçün ödəniş nəzərdə tutulmur.

Fuad Mədətov
Finss.az