BİZNES

21 Yanvar

Türkiyənin Qırğızıstana polad ixracı 24,5 % artıb

2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Qırğızıstana polad ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz artaraq, 5 milyon 559 min 18 dollara çatıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2024-cü ilin dekabr ayında Türkiyə Qırğızıstana 834 min 46 dollar məbləğində polad ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 9,2 dəfə çoxdur.

Bununla yanaşı, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin ümumilikdə dünya bazarlarına polad ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artaraq, 16 milyard 149 milyon 331 min dollar təşkil edib.

2024-cü ilin dekabr ayında isə Türkiyə ümumilikdə 1 milyon 446 min 369 dollar məbləğində polad ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 7,3 faiz artım göstərir.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayında Türkiyə 16 milyard 149 milyon 331 min dollar dəyərində polad ixrac edib.

Fuad Mədətov
Finss.az