BİZNES

21 Yanvar

İİTKM Asiya İnkişaf Bankı İnstitutu ilə əməkdaşlığı genişləndirir

Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Asiya İnkişaf Bankı İnstitutunun (AİBİ) əməkdaşları arasında onlayn görüş keçirilib. Görüşdə iki qurum arasında əməkdaşlıq perspektivləri və potensial layihələr müzakirə olunub. Tərəflər birgə tədqiqatların aparılması, akademik nəşrlərin hazırlanması, kadr potensialının inkişaf etdirilməsi və qlobal iqtisadi siyasət təşəbbüslərinə töhfə verə biləcək fəaliyyətlər barədə fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı birgə kitab nəşri ilə bağlı məsələ nəzərdən keçirilib və yaxın gələcəkdə bu nəşrin konsepsiyasının hazırlanması barədə razılıq əldə olunub.

 Əlavə olaraq, İİTKM və AİBİ əməkdaşları arasında təcrübə mübadiləsinin aparılması, ortaq layihələrdə iştirak və praktik biliklərin artırılması məsələləri müzakirə edilib.Tərəflər qlobal əhəmiyyətli mövzular üzrə birgə tədqiqatların aparılması imkanlarını da nəzərdən keçiriblər.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək addımlar müəyyən edilib.

Zemfira Ms
Finss.az