BİZNES

21 Yanvar

Daşınmaz əmlak: Elektron arayışlar üçün tələb olunan sənədlər

Finss.az - Hazırda daşınmaz əmlak bazarında aktivliyin yüksəlməsi, eyni zamanda müxtəlif məqsədli bazar əməliyyatlarının həyata keçirilməsi əmlakın qiymətləndirilməsi xidmətlərinə olan tələbatı artırır.  Daşınmaz əmlakların bazar dəyərinin qiymətləndirilməsi mülkiyyət sahiblərinə əlavə imkanlar yaradır, əmlakın real dəyərinin müəyyən edilməsi bazarın şəffaflığını artırır və qərarların düzgün qəbul edilməsinə imkan verir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlakın bazar dəyərinin qiymətləndirilməsinə dair arayışlar elektron formada verilir. Arayışın verilməsi üçün daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarış və daşınmaz əmlakın texniki sənədi (texniki pasport və ya torpaq sahəsinin plan  və ölçüsü) tələb olunur.

Onlayn qaydada müraciət etmək üçün ”www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalında təqdim olunan “Daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi və arayışların verilməsi” xidmətinə keçid edib müvafiq məlumatları daxil etmək lazımdır.

Zemfira Ms
Finss.az