BİZNES

21 Yanvar

Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı artıb

2024-cü ilin yanvar-dekabr aylarında Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19,3 faiz artaraq 146 milyon 626 min 6 dollar təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat verib.

Açıqlamada qeyd olunub ki, 2024-cü ilin dekabr ayında Türkiyə Özbəkistana 8 milyon 516 min 58 dollar dəyərində elektrik avadanlıqları ixrac edib. Bu göstərici 2023-cü ilin dekabr ayı ilə müqayisədə 1,3 faiz azalıb.

Bundan əlavə, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq 16 milyard 677 milyon 730 min dollara çatıb.

Dekabr 2024-də isə Türkiyə 1 milyard 478 milyon 712 min dollar dəyərində elektrik avadanlıqları ixrac edib ki, bu da 2023-cü ilin dekabrı ilə müqayisədə 3,3 faiz çoxdur.

Nazirlikdən bildirilib ki, son 12 ay ərzində (dekabr 2023 – dekabr 2024) Türkiyə ümumilikdə 16 milyard 677 milyon 730 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Fuad Mədətov
Finss.az