BİZNES

15 Yanvar

Naxçıvanda ÜDM istehsalı artıb

Finss.az - 2024-cü ildə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) istehsalı 1 milyard 539 milyon 514 min 500 manat təşkil edib.

Bu barədə Muxtar respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu, 2023-cü illə müqayisədə 3,1 faiz artım deməkdir. Həmçinin, əhalinin hər nəfərinə düşən ÜDM 2,5 faiz artaraq 3277 manata çatıb.