BİZNES

15 Yanvar

"Xocalı" yük gəmisi ABŞ-a 33 min ton şəkər daşıyıb

Finss.az - Cari ilin əvvəlində Qvatemalanın Puerto-Ketsal limanından 33 min ton şəkər yükləyən ASCO-nun “Handysize” tipli “Xocalı” quru yük gəmisi təyinat nöqtəsinə çatıb.

Gəmi hazırda ABŞ-ın San-Fransisko şəhəri yaxınlığında yerləşən Kroket limanında yükboşaltma əməliyyatını yerinə yetirir.

“Xocalı” gəmisi, ASCO-nun Xəzərdənkənar sularda yükdaşıma potensialını artırmaq və fəaliyyət coğrafiyasını genişləndirmək məqsədilə ötən ilin may ayında istismara verilib. Gəminin dedveyti 38,593 ton, uzunluğu 180 metr, eni isə 30 metrdir. Maksimum sürəti 15,7 uzeldir və suya oturumu maksimum yük götürməklə bir çox dayaz limanlara daxil olmağa imkan verir.