BİZNES

15 Yanvar

Naxçıvanda elektron qaydada qeydiyyatdan keçmə faizi artıb

Finss.az - 2024-cü il ərzində Naxçıvan Muxtar Respublikasında 6.682 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Bu rəqəm 2023-cü illə müqayisədə 6,7 faiz artım göstərib. Yeni qeydiyyata alınan vergi ödəyicilərinin 6.386-sı fiziki şəxslər, 296-sı isə hüquqi şəxslər və digər təşkilatlardır. Qeyd edək ki, kommersiya qurumlarının 83 faizi elektron qaydada, 17 faizi isə kağız daşıyıcısında müraciət əsasında qeydiyyatdan keçib.