BİZNES

15 Yanvar

Ötən il 32 milli texniki reqlament layihəsi hazırlanıb

Finss.az - 2024-cü ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövləti Xidməti və digər dövlət orqanlarının birgə fəaliyyəti nəticəsində ölkədə 32 milli texniki reqlament layihəsi hazırlanıb və ekspertizası aparılıb. Bu reqlamentlərdə müəyyən edilmiş əsas tələblərdən 52 istinad edilmiş standartın qəbul edilməsi və 59-nun beynəlxalq tələblərə uyğunlaşdırılması təmin edilib. Milli texniki reqlamentlərin qəbulu məhsul və xidmətlərin keyfiyyət və təhlükəsizliyinin tənzimlənməsi, əhalinin həyat və sağlamlığının qorunması, eləcə də biznes mühitində rəqabətqabiliyyətliliyin artırılmasında mühüm rol oynayacaq.