BİZNES

15 Yanvar

Azərbaycanda ötən il istehlak qiymətləri 102,2% artıb

Finss.az - Azərbaycanda 2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101%, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,2% təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin dekabr ayına nisbətən 104,9% olub. Bu dövr ərzində qida məhsulları, içkilər və tütün məmulatları üzrə artım 105,5%, qeyri-qida məhsulları üzrə 102,4%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 106,3% təşkil edib.