Finss.az - 2024-cü ildə Naxçıvan Muxtar Respublikasında 7 milyon 151,2 min ton yük və 47 milyon 418,2 min sərnişin daşınıb.
Naxçıvanın Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2023-cü illə müqayisədə yük daşınmasında 1,1%, sərnişin daşınmasında isə 1,4% artım qeydə alınıb.
Eyni zamanda, 2024-cü il ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 4,1% artaraq 35 milyon 763,1 min manat olub. Bu məbləğin 46%-i mobil telefon rabitəsi sahəsində formalaşıb.