BİZNES

15 Yanvar

Naxçıvan vergi ödəyicilərinin sayı 6,7% artıb

Finss.az - 2024-cü ildə Naxçıvan Muxtar Respublikasında 6.682 yeni vergi ödəyicisi qeydiyyata alınıb ki, bu da 2023-cü illə müqayisədə 6,7% artım deməkdir.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Qeydiyyatdan keçən vergi ödəyicilərinin 6.386-sı fiziki şəxslər, 296-sı isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən il kommersiya qurumlarının 83%-i elektron qaydada, 17%-i isə kağız daşıyıcısında müraciət edərək qeydiyyata alınıb.