Finss.az - Bu ilin yanvar ayının 1-nə Azərbaycanda 1.597.229 vergi ödəyicisi qeydiyyatdadır, bunların 87%-i fiziki şəxslər, 13%-i hüquqi şəxslər və digər təşkilatlardır. 2024-cü ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin sayı 5,4%, fiziki şəxslərin sayı 5,1%, hüquqi şəxslərin sayı isə 7,3% artıb.
Dövlət Vergi Xidmətinin məlumatına görə, 2025-ci ilin yanvarın 1-nə kommersiya qurumlarının sayı 190.367-yə çatıb, bu da 8% artım deməkdir. 2024-cü ildə 14.441 kommersiya qurumu dövlət qeydiyyatından keçib, bunlardan 89,3%-i yerli, 10,7%-i isə xarici investisiyalı olub.
Dövlət qeydiyyatında olan kommersiya qurumlarının 83,4%-i elektron qaydada, 16,6%-i isə kağız müraciətlər əsasında qeydiyyatdan keçib. Elektron qaydada qeydiyyatdan keçən 12.051 kommersiya qurumunun 94%-i yerli investisiyalı MMC-lər olub.
ƏDV ödəyicilərinin sayı 40.416-ya çatıb, bu da 15,7% artım deməkdir. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2%-dir. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərinin 91,4%-i MMC, 1,2%-i səhmdar cəmiyyəti, 1,1%-i isə digər formalardadır.
Aktiv kommersiya qurumlarının sayı 125.696 təşkil edir, bu da 11,6% artım deməkdir.