Finss.az - Ötən ilin dekabr ayında Azərbaycanda gündəlik neft hasilatı (kondensatla birlikdə) 80,776 min ton (609 min barel) olub. Bunun 65,987 min tonunu (gündəlik 478 min barel) neft, 14,789 min tonunu (122 min gündəlik barel) kondensat təşkil edib.
Azərbaycan dekabrda OPEC kvotasının 88,2%-ni yerinə yetirib. 2024-cü il üçün isə “OPEC plus” ölkələrinin nazirlərinin iclasında əldə olunan razılaşmaya əsasən, Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 min 259 ton) olaraq müəyyən edilib.