Finss.az - 2025-ci ilin yanvar ayının 1-nə Azərbaycanda 1.597.229 vergi ödəyicisi qeydiyyatda olub, bunların 87%-i fiziki şəxs, 13%-i isə hüquqi şəxs və digər təşkilatlardır. 2024-cü ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,4% artıb.
Kommersiya qurumlarının sayı isə 190.367-ə çatıb, bu da 8% artım deməkdir. 2024-cü ildə 14.441 kommersiya qurumu dövlət qeydiyyatına alınıb. Bu qurumların 89,3%-i yerli investisiyalı, 10,7%-i isə xarici investisiyalı olub. Elektron qeydiyyatın payı 83,4% təşkil edib.
ƏDV ödəyicilərinin sayı isə 40.416 təşkil edərək 15,7% artıb, onların ümumi qeydiyyatda xüsusi çəkisi 32,2%-dir. Aktiv kommersiya qurumlarının sayı 125.696-ya çatıb və bu, 11,6% artım deməkdir.