Finss.az - 2025-ci ildə "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarını işlədən neft-qaz şirkətlərinin Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) çərçivəsində Azərbaycan dövlət büdcəsinə 1,95 milyard manat mənfəət vergisi ödəməsi gözlənilir. Bu məbləğin 450 milyon manatı AÇG layihəsindən, 1,5 milyard manatı isə "Şahdəniz" layihəsindən təmin ediləcək.
2024-cü ilin sonuna bu layihələr üzrə ümumi mənfəət vergisi ödəmələri 2,58 milyard manat olub. AÇG layihəsi üzrə hasilatın pay bölgüsü müqaviləsi 1994-cü ildə, "Şahdəniz" layihəsi üzrə isə 1996-cı ildə imzalanıb. AÇG sazişi 2017-ci ildə yenilənərək 2049-cu ilə qədər uzadılıb.