BİZNES

15 Yanvar

"Zaqatala AGRO Industry" MMC 160 ton tütün ixrac edib

Finss.az - Ötən il Yaponiyanın "Tet İnternational Development" şirkətinin törəmə müəssisəsi olan "Zaqatala AGRO Industry" MMC, 416,7 ton quru tütün istehsal edib. İtaliya və Qazaxıstan şirkətləri ilə bağlanan müqaviləyə əsasən, 160 ton quru tütün bu ölkələrə ixrac olunub. 2024-cü ildə isə Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında ümumilikdə 356,5 hektar sahədə "Virciniya botaniki" növlü tütün əkilib. 38 fermerlə müqavilə bağlanıb və Zaqatala rayonundakı tütünqurutma məntəqəsinə 2 min 381,6 ton yaş tütün daxil olub. Fermerlərə yaş tütünün kiloqramı üzrə ödənişlər I növ üzrə 35 qəpik, II növ üzrə isə 25 qəpik olub.