BİZNES

14 Yanvar

İran Azərbaycandan 26,3 milyon dollar dəyərində məhsul idxal edib

Finss.az - İranın Azərbaycandan məhsul idxalı 2024-cü ilin 9 ayında, 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 31,7%, çəki baxımından isə 32,5% azalıb. Bu dövr ərzində İran Azərbaycandan 26,3 milyon dollar dəyərində 10,6 min ton məhsul idxal edib. Ötən ilin analoji dövründə isə bu rəqəmlər 38,5 milyon dollar və 15,7 min ton olub. İran əsasən avadanlıqlar, sıxılmış soya və müxtəlif növ profillər kimi məhsullar idxal edib. Ümumilikdə, 9 ayda İranın Azərbaycanla qeyri-neft məhsul ticarəti 539 milyon dollar dəyərində 665 min ton təşkil edib.