BİZNES

14 Yanvar

Digər xidmət sahələrində də ƏDV-nin geri ödənişi davam edir

Finss.az - 2024-cü il ərzində pərakəndə ticarət və ictimai iaşə fəaliyyətinə dair alınan mallara (neft, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 176 milyon 360,4 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, “ƏDV geri al” layihəsinin genişlənməsi nəticəsində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi davam edir. 2024-cü il ərzində bu sahəyə aid 26 milyon 417,7 min manat geri qaytarılıb.