BİZNES

14 Yanvar

İqtisadiyyat Nazirliyi un istehsalçıları barədə məlumat yayıb

Finss.az - Azərbaycanda 50 kq-lıq un kisələrinin topdansatış qiymətləri 26-28 manat arasında dəyişir.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Qurum, ölkədəki un istehsalçıları barədə məlumatları ictimailəşdirərək istehlakçıların məlumatlılığını artırmaq və şəffaflığı təmin etmək məqsədini güdür.