BİZNES

14 Yanvar

Azərbaycanda yeni nəsil NKA dövriyyəsi 12% artıb

Finss.az - 2024-cü ildə Azərbaycanda yeni nəsil nəzarət-kassa (NKA) aparatları üzrə dövriyyə 24 milyard 541,3 milyon manat təşkil edib, bu da 2023-cü illə müqayisədə 12% artım göstərib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir.

Yanvarın 1-nə qədər ölkədə 104,019 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə, hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə şərait yaradıb.