Finss.az - 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 6219,8 ton makaron məmulatı istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1435,6 ton və ya 30% artım deməkdir.
2023-cü ildə isə ölkədə 4784,2 ton makaron istehsal olunmuşdu. Eyni zamanda, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 4287,2 milyon manat dəyərində qida məhsulları istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 9,3% artım təşkil edir.