Finss.az - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası avtobus marşrutları üzrə keçirilən müsabiqənin qaliblərini müəyyən edib.
Məlumata görə, “Mingəçevir-Qazax” marşrutu üzrə Rəsulov Şərif Kamal oğlu, “Gəncə-Xankəndi-Şuşa” marşrutu üzrə “Fazil-20” MMC, “Mingəçevir-Xankəndi-Laçın” marşrutu üzrə isə Mustafayev Rafiq Şahid oğlu qalib elan olunub.
Bu müsabiqələr “Avtomobil nəqliyyatı haqqında” Qanuna və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq təşkil edilib. Məqsəd sərnişindaşıma xidmətlərinin keyfiyyətini, təhlükəsizliyini və rahatlığını artırmaq, eyni zamanda şəffaflığı təmin etməkdir.