Finss.az - “Car Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyəti 10 yanvar 2025-ci ildə ümumi yığıncağında hüquqi şəxsin ləğv edilməsi barədə qərar qəbul edib. Şirkət hüquq və vəzifələrinin hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv ediləcək.
Kreditorlar 60 gün ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev PR, ev.3, m.103 ünvanına bildirə bilərlər.
Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən növbəlilik qaydasında ləğvetmə komissiyası tərəfindən ödəniləcək.
Şirkət 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Orxan Ağayevdir.