Finss.az - Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 3507,9 min ton çınqıl, qırmadaş, xırda çay daşı və çaxmaq daşı istehsal edilib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1324,1 min ton və ya 60,6% artım deməkdir.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
2023-cü ildə ölkədə 2183,8 min ton belə daş istehsal edilib. 2023-cü ilin dekabrın 1-i vəziyyətinə görə, hazır məhsul ehtiyatı 83,3 min ton təşkil edib ki, bu da bir il əvvələ nisbətən 15,2 min ton və ya 22,3% daha çoxdur.